Şərtlər Və Tələblər

Bu veb-sayta daxil olaraq siz aşağıda göstərilən bütün Şərtlərə və tələblərə razılığınızı bildirmiş olursunuz. Əgər siz bu Şərtləri və tələbləri qəbul etmirsinizsə, bu veb-saytı tərk etməyiniz xahiş olunur.

Read more
1. HAQQIMIZDA

Bentley Motors Limited ("biz", "bizi") İngiltərədə və Uelsdə qeydiyyatdan keçmiş şirkətdir (Şirkətin qeydiyyat nömrəsi 0992897). Bu veb-saytın hissələri Distribütorlarımıza və Dilerlərimizə aiddir və onların adından təqdim edilən hər hansı məlumata və onların məzmununa görə biz məsuliyyət daşımırıq. Əgər Distribütorla və ya Dilerlə birbaşa iş görmək istəyirsinizsə, onlara birbaşa müraciət edin.

2. BU VEB-SAYTDA MƏLUMATIN DƏQİQLİYİ VƏ ÜÇÜNCÜ TƏRƏF VEB-SAYTLARI

Biz bu veb-saytda bütün məlumatın yenilənmiş saxlanılması üçün çalışırıq. Lakin bu veb-saytda olan məhsul xüsusiyyətləri yalnız məlumat xarekterini daşıyır. Məhsullarımızı daim təkmilləşdirdiyimizə görə modellərimizdə, standart və ya əlavə avadanlıqda dəyişikliklər baş verə bilər. Biz məhsul xüsusiyyətlərini istənilən vaxt bildiriş vermədən dəyişmək hüququnu özümüzdə saxlayırıq. Dəqiq, yenilənmiş məlumat üçün ən yaxın yaxud üstünlük verdiyiniz Bentley Motors dilerinə müraciət edin.

Biz hər hansı üçüncü tərəfin veb-saytındakı məzmuna görə məsuliyyət daşımırıq.

3. MÜQAVİLƏSİZ MƏLUMAT

Bu veb-saytın məzmunu müstəsna olaraq ümumi məlumat məqsədləri üçün təqdim edildiyinə görə o, hər hansı müəyyən malların satışı üçün təklif bildirmir.

4. DİSTRİBÜTORLARIN VƏ DİLERLƏRİN MÜSTƏQİLLİYİ

Distribütorlar və dilerlər öz hüququ əsasında ticarət edən müstəqil iştirakçılardır və bizim agentlərimiz deyil, onlar bizi heç bir müstəsna və ya nəzərdə tutulan məsuliyyət qarşısında tuta bilməz.

5. YANACAQ SƏRFİYYƏTİNƏ DAİR RƏQƏMLƏR

Yanacaq sərfiyyətinə dair statistika Avropa İttifaqının 93/116/EC Direktivinə uyğun olaraq təqdim edilir.

6. TƏHLÜKƏSİZLİK BARƏDƏ MƏSLƏHƏT

Bu veb-saytda avtomobillərimizin göstəriciləri və ya sürəti barədə hər hansı istinad təhlükəli idarələmə və ya yol hərəkəti qaydalarının pozulmasına çağırış ola bilməz. Bu veb-sayt avtomobillərimizlə təqdim edilən avtomobil kitabçasında olan vacib təhlükəsizlik məlumatını əvəzləmək üçün nəzərdə tutulmur.

7. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI - MÜƏLLİF HÜQUQU VƏ ƏMTƏƏ NİŞANLARI

Müəllif hüquqları, dizayn hüquqları, məlumat bazalarının hüquqları, patentlər, ixtiralar, nou-hau, mənbə kodları və ya hər hansı digər əqli mülkiyyət hüquqları daxil olmaqla bu veb-saytda olan bütün hüquqlar bizim mülkiyyətimizdir və ya bizim üçün lisenziyalaşdırılıb. Sizin bu materialları bizim məlumat mənbəyimiz kimi istifadə üçün kompyuter ekranında göstərməyə, yükləməyə və ya çap etməyə hüququnuz var.

Siz aşağıdakıları etməyəcəyinizi təsdiqləyirsiniz:

• hər hansı müəllif hüququnu, əmtəə nişanını və ya digər mülkiyyət bildirişlərini dəyişməyə və ya kənarlaşdırmaq;

• hər hansı mətni, illüstrasiyanı, cədvəli, qrafiki, işarəni, loqotipi, təsviri və onların birləşməsini, hər hansı əsas mənbə kodunu və proqram təminatını hər hansı kommersiya və ya ictimai məqsəd üçün bizim yaxud müvafiq müəllif hüququ sahibinin yazılı razılığı olmadan yaymaq, yükləmək, ötürmək, göndərmək, paylamaq və ya açıqlamaq;

• virusları və ya oxşar elementləri daşıyan materialı yükləmək və ya paylaşmaq üçün bu veb-saytdan istifadə etmək və ya bu veb-sayta ya onun xidmətlərinə mane ola biləcək yaxud onları pozacaq hər hansı addımı atmaq;

• bizim əvvəlcədən alınan yazılı razılığımız olmadan bu veb-sayta hər hansı digər veb-saytdan, intranetdən və ya ekstranet saytından əlaqəni yerləşdirmək.

Bentley şriftindən istifadə yalnız Bentley rəsmi əlaqələri, rəqəmli rabitə, film, qablaşdırma, yarlıqlar və Bentley-ə aid olan xüsusi hissələr üçün nəzərdə tutulur. Hər hansı icazəsiz və ya lisenziyasız istifadə bizim əqli mülkiyyət hüquqlarımızın pozulması hesab ediləcək və həmin hüquqların qorunması üçün tədbir görülə bilər.

8. VEB-SAYTIN ETİBARLILIĞI

Bu veb-saytda səhvlərə yol verməmək üçün səylərimizə baxmayaraq, onun fasiləsiz və xətasız istismarına dair heç bir zəmanət vermək mümkün deyil. Biz istənilən vaxt hər hansı məsuliyyət daşımadan bütün veb-saytı və ya onun hər hansı hissəsini dayandırmaq və ya istifadədən çıxarmaq hüququna sahibik.

9. ZƏMANƏTLƏRDƏN İMTİNA

BU VEB-SAYTA YAXUD BU VEB-SAYTDA OLAN MƏLUMATA, MƏZMUNA, MATERİALLARA VƏ YA MƏHSULLARA DAİR BÜTÜN BİRBAŞA ZƏMANƏTLƏR, TƏMSİLÇİLİKLƏR, BÜTÜN NÖV TƏLƏBLƏR VƏ YA NİZAMNAMƏ YAXUD ÜMUMİ HÜQUQUN İRƏLİ SÜRDÜYÜ DİGƏR ŞƏRTLƏR QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ TAM ŞƏKİLDƏ VƏ AÇIQ OLARAQ İSTİSNA EDİLİR.

BENTLEY MOTORS LIMITED, ONUN İŞÇİLƏRİNİN VƏ YA AGENTLƏRİNİN SÜBUT EDİLMİŞ ETİNASIZLIĞINA GÖRƏ ÖLÜM VƏ YA SAĞLAMLIĞA ZƏRƏR İSTİSNA OLMAQLA, BİZ HEÇ BİR HALDA HEÇ BİR BİRBAŞA VƏ YA DOLAYI, XÜSUSİ VƏ YA NƏTİCƏDƏ BAŞ VERƏN İTKİYƏ VƏ YA ZƏRƏRƏ (MƏNFƏƏT VƏ YA İTKİ OLDUĞUNDAN ASILI OLMAYARAQ) GÖRƏ MƏSRƏFLƏRƏ, İDDİALARA, XƏRCLƏRƏ VƏ YA HEÇ BİR DİGƏR KOMPENSASİYA İDDİASINA GÖRƏ ÖHDƏLİK DAŞIMAMALI, BUNLAR AKTLARDAN, ÇATIŞMAZLIQLARDAN VƏ YA BENTLEY MOTORS LIMITED-İN, ONUN İŞÇİLƏRİNİN VƏ YA AGENTLƏRİNİN BU VEB-SAYTIN İSTİFADƏSİNDƏN, YAXUD BU VEB-SAYTDA OLAN MƏLUMATDAN, MƏZMUNDAN, MATERİALLARDAN VƏ YA MƏHSULLARDAN ASILI OLMAMALIDIR.

BİZ BU VEB-SAYTA ƏLAQƏLİ OLAN HƏR HANSI VEB-SAYTA GİRİŞƏ VƏ YA ORADA OLAN MATERİALA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT VƏ YA ÖHDƏLİK DAŞIMIRIQ.

10. DƏYİŞİLMƏ

Biz Şərtləri və tələbləri istənilən vaxt ilkin bildiriş vermədən dəyişmək hüququnu özümüzdə saxlayırıq. Yeni versiya bu veb-saytda yerləşdiriləcək və yerləşdirmədən dərhal sonra qüvvəyə minərək veb-saytdan bütün istifadəni idarə edəcək.

11. ŞƏRTLƏRİN QÜVVƏDƏ QALMASI

Əgər bu Şərtlərin və tələblərin hər hansı müddəası hər hansı dövlətin yaxud ölkənin qanunlarına əsasən qanunsuz, etibarsız və ya qüvvədən düşmüş olarsa, o, bu Şərtlər və tələblərdən çıxarılacaq. Bu, hər hansı digər müddəanın həmin qanunvericilik qarşısında qanuni qüvvəsinə, etibarlılığına və qüvvəyə minməsinə şamil edilməməli və ona mənfi təsir etməməlidir.

12. QANUNVERİCİLİK

Bu Şərtlər və tələblər yalnız İngiltərənin qanunları ilə idarə olunacaq və onlara əsasən izah olunacaq. İngiltərənin məhkəmələri bu Şərtlər və tələblərə aid olan hər hansı mübahisənin həll etmək üçün müstəsna hüquqi qüvvəyə malikdir.

13. KORRUPSİYAYA QARŞI BƏYANAT

Biz rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə səylərimizi əsirgəmirik və onların qarşısını almaq üçün atılan milli və beynəlxalq təşəbbüsləri dəstəkləyirik. İngiltərə və Uelsdə qeydiyyatdan keçmiş bir şirkət kimi biz əsasən həmin ölkənin qanunları ilə idarə olunuruq, bunlara həmçinin 2010-cu ilin Rüşvətxorluğa qarşı Akt daxildir ki, həmin akt ölkə daxilində və xaricində atdığımız əməliyyatlara tətbiq olunur. Biz həmçinin işlədiyimiz bütün qanunvericiliklərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəyə aid olan bütün qanunları dəstəkləyəcəyik.

İşçilərimiz və bizim səlahiyyətimizlə işləyən şəxslər onların davranışını nizamlayan Davranış Qaydaları və siyasətlər qarşısında öhdəlik daşıyırlar. Buraya rüşvətxorluğa və korrupsiyaya qarşı mövqeyimizə riayət etmək və onu dəstəkləmək üzrə tələb də daxildir. Onlar biznes əlaqələrimizi öz xeyrinə istifadə edə bilməz və antikorrupsiya siyasətimizi dəstəkləyərək öz vəzifələrini düzgün və bütöv qaydada icra etməlidirlər. Onlar vəzifələrini qeyri-düzgün tərzdə icra etməyə sövq edən hədiyyəni və ya digər mükafatı birbaşa və ya dolayı yolla axtarmamalı, qəbul etməməli və qəbul etməməlidirlər. Eyni qaydada da onlar bizim adımızdan heç bir rüşvət və ya asanlaşdırıcı ödənişləri təklif etməməli və verməməlidir.

Korrupsiyaya qarşı güclü sadiqliyimizi daha da vurğulamaq üçün, və Volkswagen Group-un digər şirkətləri ilə birgə olaraq, biz işçilərimiz (və biznes tərəfdaşlarımız) arasında fəal şəkildə açıqlama imkanını təşviq edirik ki, onlar Bentley Motors Limited daxilində müşahidə olunan və ya baş verən korrupsiya, dələduzluq və ya digər potensial cinayət halları VW Ombudsman prosesi vasitəsilə açıqlasınlar.

Ombudsmanlar VW təşkilatını dəstəkləmək üçün xaricdən təyin olunan hüquqşünaslardır və buna görə də onlar baş verə biləcək məsələlərdə müstəqil və qərəzsizdir.

Onlar Volkswagen Group-da və Bentley Motors Limited daxil olmaqla onun hər hansı Brend şirkətlərinə aid olan bu cür cinayət əməllərinə dair mümkün sübutları təqdim etməyə hazır olan bütün işçilər və biznes tərəfdaşların həmişə məxfi əlaqə nöqtəsidir.

D-r Buxertlə əlaqə saxlamaq üçün +49 / (0) 6105 / 92 13 55 telefon nömrəsinə zəng edin yaxud dr-buchert@dr-buchert.de e-poçt ünvanına yazın

Cənab Rohrbaxla əlaqə saxlamaq üçün +49 / (0) 69 / 65 30 03 56 telefon nömrəsinə zəng edin yaxud rohrbach@ra-rohrbach.de e-poçt ünvanına yazın

VW Ombudsman prosesinə dair ətraflı məlumat və məsələni onlayn bildirmək üçün aşağıdakı əlaqəyə basın:

http://www.ombudsmen-of-volkswagen.com/

© 2018 Bentley Motors Limited. Bütün hüquqlar qorunur