Məxfilik siyasəti

Bentley-nin Məxfilik siyasətinə dair təfərrüatlara baxmaq üçün aşağıdakı siyahı düyməsinə basın.

Əgər siz Bentley sahibisinizsə və ya artıq Bentley-də tanınırsınızsa, əlaqə seçimlərinizi istənilən vaxt www.My.Bentley veb-səhifəsində yeniləyə bilərsiz.

1. HAQQIMIZDA

Bentley Motors Limited ("biz", "bizi") İngiltərədə və Uelsdə qeydiyyatdan keçmiş şirkətdir (Şirkətin qeydiyyat nömrəsi 0992897).

Bentley sizin məxfiliyinizi və məlumatınızın necə emal və istifadə olunmasını bilmək istəyinizi yüksək qiymətləndirir. Biz həmin məlumatın qorunmasına sadiq qalırıq. Və biz sahibliyinizin müəyyən tərəflərini, rəqəmsal məzmunumuza və sosial şəbəkə platformalarımıza keçidlərinizi fərdiləşdirmək, onları sizin üçün daha da uyğunlaşdırmaq istərdik. Məxfiliyinizi daha yaxşı qorumaq üçün biz məlumata dair qaydalarımızı izah edən bu Məxfilik siyasətini təqdim edirik. Bu, Bentley və onun veb-saytları, avtomobilləri, məhsulları və xidmətləri ilə əlaqəli olan şəxslərdən və onların barəsində əldə etdiyimiz məlumata aiddir. 

Biz topladığımız ümumi məlumatın, onun necə istifadə olunduğunu və kiminlə paylaşdığımızın hesabatını aşağıda təqdim edirik. Bu Siyasət və veb-saytımızın Şərtləri və tələbləri və Kuki siyasəti sizdən topladığımız yaxud sizin bizə təqdim etdiyiniz hər hansı şəxsi məlumatın bizim tərəfimizdən emalı üçün əsası qurur.

Bu Məxfilik bildirişinin və Böyük Britaniyanın məlumatın qorunmasına dair cari qanunvericiliyinin (Qanunvericilik) məqsədləri üçün Məlumatın Nəzarətçisi Bentley Motors Limited of Pyms Lane, Crewe, Cheshire, CW1 3PL kimi təyin olunur. Əlaqə məlumatı üçün aşağıdakı “12. Bizimlə əlaqə” bölümünə baxın.

2. TOPLANILAN MƏLUMATLARIN NÖVÜ

Bizə təqdim etdiyiniz məlumat
Siz bizə haqqınızda və ya avtomobiliniz barədə məlumatı bir sıra mənbədən təqdim edə bilərsiniz: Bentley veb-saytı, digər Bentley məhsullarının və ya xidmətlərinin istifadəsi, Bentley rəqəmsal mülkiyyəti (sosial media saytları daxil olmaqla), məhsul və əlaqəli tədbirlər, test-drayvlar, sorğular, sosial media platformaları, kampaniyalarda iştirak, avtoşoular və müştəri xidməti mərkəzlərimiz. Biz haqqınızda və avtomobiliniz barədə məlumatı birbaşa olaraq müstəqil, Bentley-nin rəsmi dilerinizdən (bundan sonra “Bentley Satış Mərkəzi”) avtomobilin texniki xidmət qeydləri, aksessuar və hissələrin satışı, servis qeydləri və digər qeydlər vasitəsilə qəbul edirik. Əgər siz Bentley hesabı üçün qeydiyyatdan keçsəniz və onun vasitəsilə xidmətləri alırsınızsa, biz həmçinin üstünlük verdiyiniz Bentley Satış Mərkəziniz, paylaşmağa seçdiyiniz hər hansı maraqlarınız, hesab seçimləriniz və parametrləriniz barədə məlumatı qəbul edirik.

Sizin barənizdə topladığımız məlumat
Bentley-nin barənizdə topladığı məlumat növlərinə daxildir:  

• Əlaqə məlumatı (yəni, ad, ünvan, telefon nömrəsi, e-poçt).

• Şəxsi maraqlar və fotolar kimi bizə birbaşa təqdim etdiyiniz məlumat.

• Avtomobil barədə məlumat (yəni, VIN, istehsalçı, model, il, satıcı, alışın və ya kirayənin tarixi, alışın/kirayənin qiyməti, avadanlıq və servis tarixçəsi).

• Avtomobilin məlumatları (yəni, ümumi vəziyyət barədə məlumatlar – xəbərdarlıq işıqları, növbəti texniki xidmət cədvəli, yanacaq səviyyəsi, akkumulyator səviyyəsi, təkər təzyiqi, xidmət tarixçəsi və xəta kodları; texniki göstəricilərvə identifikasiya, vəziyyət, avadanlıq və ya toqquşma barədə digər məlumatlar).

• Fotolar və istifadəçinin yaratdığı digər məzmun, məsələn, müsabiqələrə təqdim etdiyiniz materiallar və ya sosial şəbəkə platformalarına əlavə edə biləcəyiniz şəxsi maraqlarınız.

• Veb-saytımıza baxdığınız zaman texnologiyanın topladığı məlumatlar.

Bentley xidmətlərini aktivləşdirmək və ya onlara daxil olmaq üçün rəqəmsal xidmətdən istifadə edirsinizsə, xüsusən cihazınız barədə məlumatı toplaya bilərik. Saytlarımıza hər baxışınızda biz avtomatik olaraq aşağıdakı məlumatı toplaya bilərik:   

• Yer barədə məlumat. Xidmətlərimizdən istifadə etdiyiniz zaman biz hazırkı yeriniz barədə məlumatı toplaya və emal edə bilərik. Yeri müəyyən etmək üçün biz IP ünvanı, GPS və digər sensorlar daxil olmaqla müxtəlif texnologiyalardan istifadə edirik.

• Texniki məlumat. Buraya kompüterinizi İnternetə qoşmaq üçün istifadə edilən İnternet protokolu (IP) ünvanı daxil olmaqla texniki məlumat, loqin məlumatınız, brauzerin növü və versiyası, saat qurşağı, brauzerin plaqin növləri və versiyaları, əməliyyat sistemi və platforma daxildir.

• Əməliyyatlarınız barədə məlumat. Buraya baxışınız barədə məlumat; buraya həmçinin tam resurs lokatorunun (URL) bizim saytımıza, onun vasitəsilə və saytımızdan tam klik axını (tarix və vaxt daxil olmaqla); baxdığınız və ya axtardığınız məhsullar; səhifənin cavab vaxtları, yükləmə səhvləri, müəyyən səhifələrə baxışın müddəti, səhifə ilə interaktivlik barədə məlumat (məsələn, sürükləmə, kliklər, formaların doldurulması və mausla keçidlər), səhifədən digərinə keçid üçün hər hansı üsullar və müştəri xidmətimizin nömrəsinə zəng etmək üçün istifadə edilmiş telefon nömrəsi daxildir. Bunlara həmçinin göndərə biləcəyimiz hər hansı elektron poçt daxildir ki, fikrimizcə sizə uyğun olan məzmunu sizə təqdim etmək məqsədilə əməliyyatlarınızın monitorinqini aparacağıq.   

Profilin yaradılması 
Müştərilərimizi daha yaxşı anlamaq və göstərdiyimiz xidmətləri yaxşılaşdırmaq üçün biz sizin barənizdə saxladığımız şəxsi məlumatdan, müəyyən mövzulara dair rəyləriniz/fikirləriniz barədə açıq məlumatlardan və demoqrafik məlumatlarınızdan istifadə edə bilərik. Şəxsi məlumatlarınız digərləri ilə birgə yalnız statistik məlumatın təmin olunması üçün qruplaşdırılacaq və sizə fərdi qaydada məlumatı göndərmək üçün istifadə edilməyəcək. Şəxsi məlumatınız qərarın avtomatik verilməsi üçün istifadə edilməyəcək.

Digər mənbələrdən aldığımız məlumat. Əgər siz idarə etdiyimiz hər hansı digər veb-saytlardan və ya təqdim etdiyimiz digər xidmətlərdən istifadə edirsinizsə, biz barənizdə məlumatı toplaya bilərik. Biz həmçinin, üçüncü tərəflərlə sıx əməkdaşlıq edirik (məsələn, buraya biznes tərəfdaşları, texniki, ödəniş və çatdırılma xidmətlərində subpodratçılar, reklam şəbəkələri, analitika təminatçıları, sosial media platformaları və axtarış məlumatının təminatçıları) və sizin barənizdə məlumatı onlardan ala bilərik.

3. UŞAQLARIN MƏXFİLİYİNƏ SADİQLİYİMİZ

Bentley 13 yaşına çatmamış istifadəçilərdən bilərəkdən məlumatı toplamır və İnformasiya cəmiyyəti xidmətlərini (ISS) uşaqlara birbaşa olaraq göstərmir. Əgər valideyn razılığının təsdiqlənməsi olmadan yaşı 13-ə çatmamış uşaqdan məlumatın topladığımızı aşkarlasaq, biz həmin məlumatı siləcəyik. Suallar və ya əlavə məlumat üçün aşağıdakı “Bizimlə əlaqə” bölməsinə baxın.

4. MƏLUMATDAN İSTİFADƏ

Bəzən biz məlumatı sizin və bizim aramızda müqaviləyə qanuni marağımıza və ya onun icrasına görə emal edirik. Şəxsi məlumatlarınızın müqavilə məqsədləri üçün lazım olduğu hallarda biz müqaviləyə əsasən öhdəliklərimizi şəxsi məlumatınız olmadan icra edə bilməyəcəyik. Biz məlumatları yalnız xidmətlərimizi təmin etmək və biznesimizi qorumaq üçün lazım müddətə qədər saxlayacağıq. Biz şəxsi məlumatınızı adətən 6 ildən çox olmayan müddətdə yaxud, əgər siz avtomobilə 6 ildən çox sahiblik edirsinizsə, sahibliyiniz davam edən müddət ərzində saxlayır və emal edirik. Biz topladığımız məlumatı bir neçə məqsədlə istifadə edə bilərik:

• aldığınız və ya sorğuladığınız məhsul və xidmətləri təmin etmək üçün;

• avtomobilinizi, məhsulları və xidmətləri dəstəkləmək üçün;

• sizinlə avtomobiliniz, məhsullar və xidmətlər barədə ünsiyyətdə olmaq üçün;

• xidmət və keyfiyyət üzrə məsələlərin diaqnostikasını keçirmək, onları izləmək, təmiri icra etmək;

• xidmətlərinizdə dəyişiklikləri və yeniləmələri quraşdırmaq və konfiqurasiyasını keçirmək;

• məhsul və xidmətlərimizin istifadəçilərini qeydiyyatdan keçirmək üçün;

• avtomobillərimizin, məhsul və xidmətlərimizin göstəricilərini və təhlükəsizliyini qiymətləndirmək üçün;

• avtomobillərimizin, məhsul və xidmətlərimizin keyfiyyətini yaxşılaşdırmaq üçün;

• Bentley veb-saytını və rəqəmsal resurslarını idarə etmək və məzmunu uyğunlaşdırmaq;

• müəyyən proqramlara və ya imtiyazlara yararlığınızı yoxlamaq üçün;

• hüquqi tələblərə cavab vermək üçün;

• Bentley-nin, avtomobil sahiblərinin, qeydiyyatdan keçmiş istifadəçilərin, sürücülərin, sərnişinlərin və digərlərinin təhlükəsizliyini, mülkiyyətini və ya hüquqlarını qorumaq üçün;

• avtomobillərin, məhsul və xidmətlərin sui-istifadəsinin qarşısını almaq və aşkarlamaq üçün;

• daxili qeydləri aparmaq üçün;

• marketinq məqsədləri ilə sizi müvafiq məhsul və xidmətlər barədə məlumatlandırmaq üçün;

• yeni məhsul və xidmətləri hazırlamaq məqsədini tutaraq, auditoriyamızda trendləri və seqmentləri aşkarlamaq və onların üstünlük verdiyi seçimləri strateji cəhətdən qiymətləndirmək üçün; 

• brendimizi, məhsullarımızı və xidmətlərimizi xüsusi auditoriya seqmentləri üçün optimallaşdırmaq məqsədilə ictimaiyyətin və müştərinin onların barəsində olan rəyi öyrənmək üçün

Biz məlumatınızı həmçinin tədqiqat, təhlil, modelləşdirmə, məhsul və ya xidmət yaxşılaşdırılması və nəqliyyat axınlarının qeydiyyatı kimi toplanılan məlumat xidmətləri daxil olmaqla anonimləşdirilmiş və ya ümumiləşdirilmiş qaydada istifadə edə və ya paylaşa bilərik.

Biz Bentley xidmət sorğusu ilə əlaqədar olaraq təqdim olunan məlumatı xidmət ehtiyaclarınızı qiymətləndirmək və əlaqə üstünlüklərinizdə göstərildiyi kimi sizi texniki xidmətə gəlməyinizi təqviminizə əlavə edilməsini xatırlatmaq üçün istifadə edirik. Bentley xidmət təmsilçisi sizinlə telefon, e-poçt, mesaj, sosial media, birbaşa mesajlaşma və ya məktub vasitəsilə texniki xidmətə qeydiyyatınız ilə bağlı əlaqə saxlaya bilər. Seçdiyiniz Bentley Satış Mərkəzi də texniki xidmətə yazılmanı, əlaqənin yaradılması və fərdi xidmətlərin göstərilməsi üçün bu məlumatlara giriş əldə edə bilər.

Marketinq resurslarından necə imtina etməli
Marketinq məlumatını və xidmətlərini qəbul etməyə razılıq verməməyinizi seçə bilərsiniz və bu cür məlumatın qəbuluna dair razılıq sizdən sorğulanacaq. Əgər siz marketinq məlumatını artıq qəbul etmək istəmirsiz və ya seçimlərinizi yeniləmək istəyirsinizsə, bizimlə burada və ya aşağıdakı vasitələrlə əlaqə saxlayın.

5. MƏLUMATINIZIN AÇIQLANMASI

Qanunvericiliyin tələb etmədiyi halda biz bu məlumatı Bentley Motors Limited-dən, VW Group-dan, bizim törəmə və əlaqəli şirkətlərdən və satıcılarımızdan, agentliklərimiz və lisenziyatlarımızdan, xidmət təminatçılarımızdan və Bentley Motors Limited-in sizin xeyrinizə xidmətləri qurduğu hər hansı digər şirkətlərdən kənara açıqlamayacağıq.  Biz məlumatınızı aşağıdakı əsaslarla açıqlaya bilərik:

• Rəsmi satış və təmir şəbəkəmizə – sizə avtomobilinizin xidmət tələbləri barədə məlumatı, məhsulun geriyə çağırılması və təhlükəsizlik məlumatını, zəmanət məlumatını, yeni məhsulun buraxılması və tədbirlər barədə məlumatı təqdim etmək üçün.

• Rəsmi yol dəstəyi tərəfdaşımıza.

• Rəsmi agentliklərə – əgər siz Bentley marketinq materialını almağa yazılmısınızsa, sizi maraqlandıra biləcək yeni Bentley məhsulları, tədbirləri və xəbərləri barədə məlumatlandırmaq üçün.

• Poçt şöbəmizə – sizə Bentley jurnalını çatdırmaq üçün

• Bazar tədqiqatı müəssisəsinə - tədqiqat, təhlil, modelləşdirmə, məhsul və ya xidmət yaxşılaşdırılması kimi xidmətlər üçün.

Biz məlumatınızı həmçinin seçilmiş üçüncü tərəflərlə paylaşa bilərik, buraya saytımızın yaxşılaşdırılmasında və optimallaşdırılmasında bizə köməklik göstərən analitik və axtarış sistemlərinin təminatçıları, reklam agentləri, reklam şəbəkələri və marketinq agentlikləri aiddir, onlar sizin üçün Bentley barədə maraqlı ola biləcək reklamları və ya məlumatı sizinlə paylaşmağı seçə bilər.  Yuxarıdakı kateqoriyalarda qeyd olunmuş təminatçılarımız bəzən dəyişə bilər və nəticədə kommersiya müqavilələrimizin məxfilik müddəalarına uyğunluğu təmin etmək üçün biz fərdi təminatçılarımızın adlarını açıqlamırıq.  

LÜTFƏN NƏZƏRƏ ALIN:
Əgər siz yuxarıda qeyd olunan tərəfdaşlarımızdan xidmətləri alırsınızsa, öz məhsul və ya xidmətlərini satmaq üçün həmin təşkilatlar sizə birbaşa olaraq sorğular göndərə bilərlər. Biz sizin tərəfinizdən bu sorğulara razılıq verib-verilməməsinə görə heç bir məsuliyyəti qəbul edə bilmərik – məlumat subyekti kimi hüquqlarınız birbaşa olaraq bu təşkilatlarla icra olunmalıdır. Əgər hər hansı şübhəniz varsa, ətraflı məlumat üçün bizə müraciət edin.

6. ŞƏXSİ MƏLUMATLARINIZI HARADA SAXLAYIRIQ

Sizdən topladığımız məlumatlar Avropa İqtisadi Ərazisinin ("AİƏ") xaricinə ötürülə və ondan kənarda saxlanıla bilər (həmçinin məlumatların lokallaşdırılmasına dair hər hansı müvafiq qanunvericilikdən asılıdır). O, həmçinin bizim və ya təminatçılarımızdan birisi, məsələn, yerli satış mərkəziniz, üçün AİƏ-dən kənarda çalışan işçi tərəfindən emal oluna bilər. Bu cür işçi həmçinin sifarişinizin icrası, ödəniş təfərrüatlarınızın emalı və dəstək xidmətlərinin həyata keçirilməsində çalışa bilər. Biz məlumatlarınızın təhlükəsiz şəkildə və bu məxfilik siyasətinə uyğun olaraq emal olunmasını təmin etmək üçün bütün lazımi addımları atacağıq.

Əgər başqa bir tələb irəli sürülmürsə, biz məlumatlarınızı təhlükəsiz şəkildə sizin bizə irəli sürdüyünüz qaydada və ya Böyük Britaniyanın Məlumatların Qorunması Qanununa uyğun şəkildə saxlayacağıq.

7. MƏLUMATIN TƏHLÜKƏSİZLİYİ

Şəxsi məlumatınıza girişi, ondan istifadəni qorumaq və onun bütövlüyünü və mövcudluğunu təmin etmək üçün biz bir sıra müvafiq texniki və təşkilati tədbirlərdən istifadə edirik. Buraya sistemlərə strukturlaşdırılmış girişin nəzarəti, şəbəkə qorunması, müdaxilənin aşkarlanması, fiziki girişə nəzarət və personalın təlimi daxildir. Buna praktiki şərait yarandığı halda biz həmçinin şəxsi məlumatların anonimləşdirilməsini və ya psevdoanonimləşdirilməsini nəzərdə tuturuq.  

8. MƏLUMATIN QORUNMASINA DAİR QANUNVERİCİLİK

Barənizdə topladığımız bütün məlumat Birləşmiş Krallığın məlumatların qorunması qanununa və bu Məxfilik siyasətinə uyğun olaraq bizim tərəfimizdən istifadə ediləcək və qorunacaq.

9. ÜÇÜNCÜ TƏRƏF ƏLAQƏLƏRİ

Bu veb-sayt digər veb-saytlara əlaqələri və ya digər veb-saytlardan proqram təminatının yüklənilməsi üçün əlaqələri daşıya bilər. Biz bu cür saytlardakı məxfilik siyasətlərinin məzmununa və ya təhlükəsizliyinə nəzarət etmirik və onlara görə məsuliyyət daşımırıq. Biz tövsiyə edirik ki, siz baxdığınız və/yaxud qeydiyyatdan keçdiyiniz hər bir saytın və ya sosial media xidmətinin məxfilik və təhlükəsizlik siyasətlərini yoxlayasınız.

10. ŞƏXSİ MƏLUMATLARA GİRİŞ VƏ SİZİN HÜQUQLARINIZ

Sizə aid olan şəxsi məlumatların bizim tərəfimizdən emal olunmasına dair aşağıdakı hüquqlarınız var. Biz gözlənilməyən gecikməsiz və maksimum 30 gün daxilində uyğunluğu təmin etməyə çalışırıq.

Hər hansı aşağıdakı sorğuya görə bizimlə e-poçtla və ya poçtla əlaqə saxlaya bilərsiz:

SubjectAccessRequests@contact.bentleymotors.com

SAR @ Bentley Motors Limited, Parklands, 825a Wilmslow Rd, Didsbury, Manchester, M20 2SN, United Kingdom

Şəxsi məlumatlarınıza giriş   
Siz bizim və ya tərəfdaşlarımızın barənizdə saxladığımız şəxsi məlumatınızın nüsxəsini tələb etmək hüququna maliksiniz. Bu, faktiki olaraq, “Subyektin giriş icazəsinə dair sorğusu” adlanır. Biz bu sorğunun emalına görə sizdən ödəniş tələb etməyəcəyik, lakin tamamilə səbəbsiz və ya təkrarlanan sorğuları rədd etmək hüququmuz var. Əgər biz sorğunuzu rədd etmişiksə, biz İnformasiya Komissarlığına (ICO) və hüquqi vasitəyə müraciət hüququnuzu ən qısa zaman ərzində təsdiqləyəcəyik - lakin maksimal müddət bir aya qədər davam edə bilər.

Sorğunuzu göndərdiyiniz zaman xüsusən görmək istədiyiniz məlumatı və ya emal əməliyyatlarını müəyyən etsəniz, bizim üçün bu çox faydalı olardı. Siz həmçinin şəxsiyyətinizi təsdiqləməli olacaqsız. Biz sorğunuzu mümkün qədər tez cavablandıracağıq, lakin maksimal müddət sorğunun qəbulundan bir ay təşkil edə bilər (əgər sorğu mürəkkəbdirsə, bunun üçün daha iki ay tələb oluna bilər).      

Şəxsi məlumatlarınızı silmək, məhdudlaşdırmaq və ya emalına etiraz etmək
Müəyyən hallarda siz şəxsi məlumatlarınızın emalını məhdudlaşdırmaq və ya qarşısını almaq yaxud şəxsi məlumatlarınızın emalına etiraz etmək hüququna maliksiz. 25 may 2018 il tarixindən etibarən siz həmçinin şəxsi məlumatlarınızın silinməsini tələb etmək hüququna malik olacaqsız (bu, ‘unudulma hüququ’ kimi tanınır). Lakin əgər məlumatların tərəfimizdən saxlanılması üçün qanuni əsas varsa, sorğunuzu rədd etməyə icazəmiz var. Əgər siz bizimlə müqavilə bağlamısızsa, unudulma hüququnuzdan faydalana bilməzsiz, çünki şəxsi məlumatlarınızın emal olunmasını davam etdirmək üçün bizim qanuni marağımız var. Buraya barənizdə saxladığımız şəxsi məlumatlar və həmçinin tərəfdaşlarımıza açıqladığımız məlumatlar daxildir (bax “MƏLUMATINIZIN AÇIQLANMASI”).      

Bu hallara aşağıdakılar daxildir:

• Əgər siz şəxsi məlumatların emalına razılıq vermiş və həmin razılığı geri almaq istəyirsinizsə;

Qeyd: lütfən nəzərə alın ki, biz razılığınızı yalnız marketinq əməliyyatlarımız üçün alırıq və siz seçimlərinizi istənilən vaxt asanlıqla dəyişə bilərsiniz.   

• Əgər şəxsi məlumatlarınız toplanıldığı səbəb üçün artıq lazım deyil – məsələn, aramızdakı müqavilənin müddəti bitibsə;

• Əgər siz barənizdə saxladığımız şəxsi məlumatların dəqiqliyini sual altına qoyursuzsa və şəxsi məlumatların dəqiqliyi yoxlanılana qədər onların emalının məhdudlaşdırılmasını bizdən tələb edirsinizsə;

• Əgər siz şəxsi məlumatlarınızın tərəfimizdən emalına etiraz edirsinizsə və şəxsi məlumatlarınızın emalını davam etdirilməsi üçün tələbinizi üstələyən qanuni marağımız yoxdursa;

• Əgər şəxsi məlumatlarınız qanunsuz olaraq emal olunursa və siz məlumatlarınızın məhdudlaşdırılmasını və ya silinməsini bizdən tələb edirsinizsə;

• Əgər siz qanuni iddianı irəli sürmək, icra etmək və ya müdafiə etmək üçün bizdən şəxsi məlumatların məhdudlaşdırılmasını tələb edirsiniz.

• Əgər şəxsi məlumatlarınız qanuni öhdəliyə cavab vermək üçün silinməlidirsə;

• Əgər emal olunan şəxsi məlumatlar uşağa aiddirsə;

Şəxsi məlumatlarınızda düzəliş etmək
Əgər şəxsi məlumatlarınız səhv və ya natamamdırsa, onlarda düzəliş etdirməyə hüququnuz var. Buraya həmçinin bizim və tərəfdaşlarımızın barənizdə saxladığımız məlumatlar daxildir. Əksər hallarda siz sadəcə olaraq müştəri komandamıza +44 (0)1270 444 450 nömrəsinə zəng edə və ya ContactBentley@contact.BentleyMotors.com ünvanına e-poçt yaza bilər, lakin siz sorğunuzu həmçinin əlaqə məlumatları qeyd olunan Məlumatın qorunması üzrə mütəxəssisimizə birbaşa ünvanlaya bilərsiniz:

DPO@bentley.co.uk

The Data Protection Officer, Bentley Motors Limited, Pyms Lane, Crewe, Cheshire, CW1 3PL, United Kingdom

Biz sorğunuzu mümkün qədər tez cavablandıracağıq, lakin maksimal müddət sorğunun qəbulundan bir ay təşkil edə bilər (əgər sorğu mürəkkəbdirsə, bunun üçün daha iki ay tələb oluna bilər).   

Şəxsi məlumatlarınızı ixrac etmək
25 may 2018 il tarixindən etibarən şəxsi məlumatlarınızı alternativ xidmət təminatçısına asanlıqla ötürülən və onun tərəfindən istifadə edilən formatda qəbul etmək hüququnu alacaqsız. Bu, faktiki olaraq, “məlumatın daşınma imkanı” kimi tanınır. Biz bu sorğuya görə sizdən ödəniş tələb etməyəcəyik.

Biz müvafiq şəxsi məlumatları sizə əksər İT sistemlərinə asanlıqla uyğun gələn bir formatda təqdim edəcəyik (adətən CSV formatı). Buna texniki imkan olduğu halda biz bu məlumatları birbaşa olaraq alternativ xidmət təminatçısına da göndərə bilərik.  Biz sorğunuzu mümkün qədər tez cavablandıracağıq, lakin maksimal müddət sorğunun qəbulundan bir ay təşkil edə bilər (əgər sorğu mürəkkəbdirsə, bunun üçün daha iki ay tələb oluna bilər).    

İnformasiya Komissarlığına şikayət 
İnformasiya Komissarlığı (ICO) şəxsi məlumatların emalını tənzimləyir. Biz ICO-da məlumat nəzarətçisi kimi qeydiyyatdayıq və qeydiyyat nömrəmiz Z7183951.

Hər hansı sorğuları və ya şikayətləri ilk növbədə birbaşa olaraq bizə göndərməyinizi xahiş edirik (əlaqə məlumatı yuxarıda göstərilib). Əgər siz məlumatlarınızın bizim tərəfimizdən emal olunduğu və ya sorğularınızın cavablandırdığımız qayda ilə razı deyilsizsə, ICO-ya yaxud adətən yaşadığınız ərazinin nizamlayıcı orqanına şikayət göndərə bilərsiz. Lakin Böyük Britaniyanın nizamlayıcı orqanı olduğuna görə, hər hansı şikayət üzrə baş nizamlayıcı orqan ICO olacaq:

ICO veb-saytı: https://ico.org.uk/
ICO əlaqə məlumatları: https://ico.org.uk/global/contact-us/

11. MƏXFİLİK SİYASƏTİMİZDƏ DƏYİŞİKLİKLƏR

Məxfilik siyasətimizdə edilən hər hansı dəyişiklik bu səhifədə yerləşdiriləcək və, əgər lazım gələrsə, sizə seçdiyiniz əlaqə vasitəsilə çatdırılacaq. Məxfilik siyasətimizdə hər hansı yeniləmələr və ya dəyişiklikər üçün səhifəmizə tez-tez baxın. 

12. BİZİMLƏ ƏLAQƏ

Əgər sizə daha ətraflı məlumat lazımdır yaxud bu veb-sayt yaxud xidmətlərimizin hər hansı aspekti barədə hər hansı şərh və ya sualınız varsa, Brend Əlaqələri Qrupumuza müraciət edin:

+44 (0)1270 653 653

Brend Əlaqələri Qrupu, Bentley Motors Limited, Pyms Lane, Crewe, Cheshire, CW1 3PL United Kingdom

Qüvvəyə mindiyi tarix 25/05/2018.