Kuki Siyasəti

1. BENTLEY MOTORS KUKİLƏRDƏN NECƏ İSTİFADƏ EDİR

Veb-saytımız sizi digər istifadəçilərdən fərqləndirmək üçün kukilərdən istifadə edir. Bu, veb-saytımıza baxdığınız zaman sizə uyğunlaşdırılmış təcrübəni təmin etməyə kömək edir və bizə saytın göstəricilərini yaxşılaşdırmağa imkan yaradır. Sayta baxışı davam etdirərək, siz kukilərdən istifadəmizə razılığınızı verirsiz.

2. KUKİLƏR NƏDİR?

Kuki brauzerinizdə və ya kompyuterinizin sərt diskində saxlamamıza icazə verdiyiniz kiçik məlumat faylıdır. Kukilər bizə baxışınız barədə məlumatı saxlamağa kömək edən və kompyuterinizin sərt diskinə ötürülən məlumatı daşıyırlar ki, sayt növbəti baxışınızda daha faydalı və sizə daha uyğunlaşdırılmış olsun.

Kuki öz davamlılıq müddəti və məxsus olduğu domeni ilə eyniləşdirilir.

Sessiya kukisi - istifadəçi brauzeri bağladığı zaman silinir.

Davamlı kuki - əvvəlcədən müəyyən edilmiş müddət ərzində cihazda qalır.

Birinci tərəf kukiləri - baxılan səhifənin veb-serveri tərəfindən qurulur və eyni domenlə paylaşır.

Üçüncü tərəf kukiləri - bunlar baxılan səhifədən fərqlənən, yəni YouTube ya Facebook kimi fərqli domenlər tərəfindən saxlanılır.

3. KUKİLƏRİ NECƏ LƏĞV ETMƏLİ

Bentley Motors şəxsiyyətinizi müəyyən edəcək fərdi məlumatı toplamaq üçün kukilərdən istifadə etməyəcək. Lakin əgər Bentley Motors və ya hər hansı digər veb-sayt tərəfindən təyin olunmuş kukiləri məhdudlaşdırmaq və ya bloklamaq istəyirsinizsə, bunu brauzerinizin parametrləri vasitəsilə edə bilərsiniz. Brauzerinizin Kömək funksiyası bunu necə etməli olduğunuzu göstərməlidir və yaxud aşağıdakı əlaqələrdən istifadə edə bilərsiniz:

Internet Explorer-də kuki parametrləri
Firefox-da kuki parametrləri
Chrome-da kuki parametrləri
Safari mobile for iOS-kuki parametrləri 

Nəzərə alın ki, kukilərin məhdudlaşdırılması Bentley Motors veb-saytlarında təcrübənizə mənfi təsir göstərə bilər.

Bentley Motors həmçinin bizim adımızdan saytlarımıza kukiləri əlavə edən bir neçə təminatçıdan istifadə edir ki, onların xidmətləri təqdim olunsun və təcrübəniz yaxşılaşdırılsın.

4. ÜÇÜNCÜ TƏRƏF KUKİLƏRİ

Lütfən nəzərə alın ki, Bentley Motors veb-saytlarına baxdığınız zaman Bentley Motors-a və ya onun podratçılarına aid olmayan bəzi kukiləri görə bilərsiniz. YouTube və ya Flickr-dan daxil edilmiş məzmunla olan səhifəyə baxdığınız zaman sizə bu veb-saytlardan kukilər təqdim oluna bilər. Bentley Motors bu kukiləri idarə etmir. Bu kukilər və seçimin ləğv edilməsi barədə ətraflı məlumat üçün müvafiq üçüncü tərəf veb-saytlarına baxmalısınız.

Bentley Motors veb-saytı hazırda "paylaş" düymələrini daşıyır ki, bunlar istifadəçilərə məqalələri dostları ilə bir neçə məşhur sosial şəbəkə vasitəsilə asanlıqla paylaşmaq imkanı verir. Bu saytlar da onların xidmətinə daxil olduğunuz zaman kukini təyin edə bilər. Bentley Motors bu kukilərin yayılmasına nəzarət etmir və bunlar barədə ətraflı məlumat üçün siz müvafiq üçüncü tərəfin veb-saytına baxmalısınız.

5. ÜÇÜNCÜ TƏRƏF KUKİLƏRİNİN NÖVLƏRİ

Biz aşağıdakı kukilərdən istifadə edirik:

Mütləq lazımi kukilər.
Bu kukilər veb-saytımızın işləməsi üçün lazımdır. Bunların sırasına, məsələn, veb-saytımızın təhlükəsiz sahələrinə daxil olmağa, alış-veriş səbətindən istifadə etməyən və ya elektron faktura xidmətlərindən istifadə etməyə imkan verən kukilər daxildir.

Sayt üstünlüyü kukiləri. 
Bu kukilər veb-saytımıza baxdığınız zaman üstünlük verdiyiniz seçimləri qeydə alır ki, növbəti baxışınız daha uyğunlaşdırılmış olsun. Məsələn, proqramlarımızdan birinə baxdığınız zaman üstünlük verdiyiniz ölkəni təyin edə bilərsiz ki, veb-saytlarımızdan birinə qayıtdığınız zaman həmin seçim yadda qalacaq.

Analitik/ göstərici kukiləri. 
Onlar saytın qonaqlarını tanımağa və onları saymağa, qonaqların saytımızdan istifadəsi zamanı oradakı hərəkətinə baxmağa imkan verir. Bu, bizə veb-saytın işləməsini yaxşılaşdırmağa kömək edir, məsələn, istifadəçilərə axtardıqlarını asanlıqla tapmağa imkan verərək.

Funksionallıq kukiləri. 
Bunlar veb-saytımıza qayıtdığınız zaman sizi tanımaq üçün istifadə edilir. Bu, məzmunumuzu sizin üçün fərdiləşdirməyə, sizi adınızla qarşılamağa və seçimlərinizi yadda saxlamağa imkan verir (məsələn, seçdiyiniz dili və ya regionu).

Hədəfləmə kukiləri. 
Bu kukilər veb-saytımıza baxışınızı, digər baxdığınız səhifələri və izlədiyiniz əlaqələri qeydə alırlar. Biz bu məlumatdan veb-saytımızı və orada göstərilən məlumatı maraqlarınıza daha da uyğunlaşdırmaq üçün istifadə edəcəyik. Bu məqsədlə biz bu məlumatı həmçinin üçüncü tərəflərlə paylaşa bilərik.

Reklam kukiləri. 
Bu kukilər veb-saytımıza baxışınız, baxdığınız səhifələr və izlədiyiniz əlaqələri barədə məlumatı qeydə alır. Biz bu məlumatdan Facebook kimi üçüncü tərəf veb-saytlarına baxdığınız zaman uyğun zənn etdiyimiz məlumatla sizi yenidən təmin etmək üçün istifadə edəcəyik.

6. ÜÇÜNCÜ TƏRƏF KUKİLƏRİN SİYAHISI

Bentley Digital rəqəmsal platformasında hazırda istifadə edilən bütün kukilərin siyahısı aşağıda təqdim edilir.

Siyahıya bax

7. ƏTRAFLI MƏLUMAT

Kukilər barədə ətraflı məlumat üçün aşağıdakı maraqlı əlaqələri tapa bilərsiniz:

Cookie Collective
Cookiepedia

Məxfilik məsələləri barədə ətraflı hüquqi məlumat üçün aşağıdakı maraqlı əlaqələri tapa bilərsiniz:

Avropa İttifaqının kukilər üzrə qanunvericiliyi
İnformasiya Komissarlığı

Lütfən nəzərə alın ki, Bentley Motors xarici veb-saytların məzmununa görə məsuliyyət daşımır.

© 2018 Bentley Motors Limited. Bütün hüquqlar qorunur